AXCP Ali Məclisinin üzvü işinə bərpa edildi - Məhkəmədən gözlənilməz qərar

img

24-02-2017 [01:15]


Sabirabad rayonu, Türkəndi kənd orta məktəbindən uzaqlaşdırılan fizika müəllimi Sahib Rüstəmlinin şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sabirabad Rayon Məhkəməsi Sahib Rüstəmlinin iddiasını təmin edib. O, yenidən çalışdığı məktəbə bərpa olunub.

40 ildir çalışdığı məktəbdən uzaqlaşdırılan S.Rüstəmli AXCP Sabirabad rayon şöbəsinin veteranlarından  və partiyanın Ali Məclisinin üzvüdür.

O, vəzifəsindən aktiv siyasi fəaliyyətinə görə uzaqlaşdırılmışdı.

azadliq.info

Digər xəbərlər
SON XƏBƏRLƏR