Türkiyənin daha bir klubu avroliqayla vidalaşdı, "Beşiktaş" isə növbəti mərhələyə belə çıxdı - VİDEO

img

24-02-2017 [00:50]


"Fənərbaxça"nın Avropa Liqasının tərk etməsindən sonra böyük ümidlərlə baxılan "Beşiktaş" Avroliqanın 1/16 mərhələsinin cavab görüşündə İsrailin "Hapoel” komandasını evində də məğlub edib. 

Mia.az xəbər verir ki, türk komandası revanş matçinda 2-1 qalib gəlib.

Qeyd edək ki, ilk oyun İsraildə keçirilib və "Beşiktaş" 3:1 hesabı ilə qalib gəlmişdi 

Onu da qeyd edək ki, bu gün Türkiyənin daha bir komandası "Osmanlıspor”un səfərdə 0-0-lıq nəticəylə döndüyü "Olimpiakos”la evindəki qarşılaşmadan üzüağ çıxacağı proqnozlaşdırılsa da,  türk klubu Yunanıstan komandasına böyük hesabla məğlub olub. Bununla da Avroliqayla vidalaşıb - 0:3

Bundan sonra turnirdə Türkiyəni yalnız "Beşiktaş" təmsil edəcək. Türk klubunun hansı komanda ilə qarşılaşağaı isə fevralın 24-dəki püşkatmada müəyyənləşəcək.

"Beşiktaş"ın qalib gəldiyi bugecəki oyundakı qol epizodları ilə tanış olun:


Digər xəbərlər
SON XƏBƏRLƏR