Rusiya ordusunun Xocalı töhfəsi

img

23-02-2017 [23:50]


"Azərbaycan Həqiqətləri Uğrunda Koalisiya”nın təşkilatçılığı ilə Qarabağ müharibəsi iştirakçıları Xocalı soyqırımı abidəsini ziyarət etdilər. Abidəni məhz bu gün ziyarət etməkdə məqsəd, 23 fevral rus ordusunun bayram günü kimi qeyd edilməsinə bir etirazdır.

Azərbaycan oğullarının 70 il rus ordusunda hərbi xidmət keçməklərinə baxmayaraq, rus ordusu Azərbaycan xalqına Xocalı soyqırımını yaşatdı. Xocalı soyqırımının canlı iştirakçıları və şahidlərindən olan müharibə iştirakçıları gördükləri dəhşətli faciəni bir daha xatırladılar.

Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı Mehman Mustafayev öz xatirələrində Xocalı soyqırımı zamanı 170 ailəni bu faciədən xilas edilməsində yaxından iştirak etdiyini bir daha xatırlayaraq, çox dəhşətli anlar yaşadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Qarabağ müharibəsi veteranlarından Novrəstə Yusifova, Məmmədhəsən Həsənov, Taleh Əhmədov, Məmməd Allahyarov və Gəray Əlibəyov, Laləndər Novruzova da öz çıxışlarında 25 il öncə baş vermiş faciəni rusiyanın 366-cı alayı və ermənistan canilərinin birgə həyata keçirdikləri bu vəhşiliyi bir daha xatırlayaraq, bəşərtiyyətdə faşizm tərəfindən törədilmiş cinayətlə müqayisə olunmayacaq dərəcədə ağır olduğunu söylədilər.

Sonda anım günü ilə əlaqədar ziyarətçilər abidə önünə qərənfillər qoydular.

Rusiya ordusunun Xocalı töhfəsi

Elnarə Məhərrəmova

Digər xəbərlər
SON XƏBƏRLƏR