"Ətin qiyməti bahalaşmaqda davam edəcək..." - İqtisadçı hökumətə "yükləndi"

img

23-02-2017 [20:59]


"Büdcənin yırtığını doldurmaq üçün qazın, işığın qiyməti artırıldı. Ancaq burnunun ucundan uzağı görməyən hökumət hesablaya bilmədi ki, bu aqrar sektora öldürücü təsirlər göstərə bilər".

Mia.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı ekspert Qadir İbrahimli son aylar ətin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib. 

İqtisadçının sözlərinə görə, heyvandarlıq təsərrüfatların saxlanılması üçün qaza və ya istiliyə ödənilən vəsait iki dəfə artıb: 

"Artıq 50-100 iribuynuzluya baxmaq sərf etmir, çünki xərci borcunu ödəmir. Buna görə yerli təsərrüfatlar sıradan çıxır, yerini isə idxal məhsulları tutur. 

Rəsmi statistikaya görə, təkcə yanvarda ölkəyə ət idxalı 97 faiz - faktiki 2 dəfə artıb. Hökumət isə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı nağıllar danışır. Bu halda təbii ki, ətin qiyməti bahalaşmaqda davam edəcək...".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR