Bakıda saxta viza düzəldənlər peyda olub - Yüzlərlə qurban var/ FOTOFAKT

img

23-02-2017 [16:37]


Bakıda saxta viza hazırlayaraq dələduzluqla məşğul olan dəstə peyda olub.

Dəstə üzvləri Kanadaya və digər ölkələrə getmək istəyən şəxslərdən pul alaraq, qısa müddət ərzində onlara təhsil, turizm vizası verməyi vəd edib.

Yaxınları dələduzluqla üzləşən şəxslərdən birinin məlumatına görə, dəstə üzvlərinin "qurban”ı olan bir ailə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan zaman hava limanında saxlanılıblar. Onlar saxta vizayla ölkəni tərk etməyə cəhd etdikləri üçün 7000 dollar məbləğində cərimə ediliblər.

Məlumata görə, viza dələduzlarının hazırladıqları sənədlərin üzərində Pakistan və Hindistana aid qeydlər olub. Belə ki, viza sənədinin hazırlanması üçün nümunələr internetdən götürülüb, fotoşop vasitəsilə düzəldilib və çap edilib.

Saxta vizaya görə cərimələnən şəxslər Bakıya qayıdaraq hadisə ilə bağlı aidiyyəti qurumlara və polisə şikayət ediblər. Polis idarəsindən isə onlara yüzlərlə belə şikayət daxil olduğunu, vizanı hazırlayan şəxsin isə artıq Bakıda olmadığını bildiriblər. Şöbədən qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılır.

Yayılan məlumata görə, araşdırma işi Binəqədi rayon 5-ci Polis Bölməsinə tapşırılıb.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı 5-ci Polis Bölməsi ilə əlaqə saxlayıb. Bölmədən xəbər nə təkzib edilib, nə də təsdiq:"Bununla bağlı açıqlama verməyə ixtiyarımız yoxdur”.

Nümunə üçün əsl viza sənədi ilə saxta viza sənədinin fotolarını təqdim edirik:

Əsl viza
Saxta vizalar
bakipost.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub