"Neft Daşları"nda işləyən neftçilərə niyə keyfiyyətsiz çörək verilir? - Komitə sədrindən etiraz + FOTO

img

23-02-2017 [15:04]


""Neft Daşları"nda "Xəzər iaşə"nin işçilərə verdiyi çörəklər çox keyfiyyətsizdir".

Bu barədə Mia.az-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

O, sözügedən idarənin işçilərinə istinadən bildirib ki, işçilərə verilən qara çörək kərpicdən fərqlənmir. Üstəlik, həddən artıq keyfiyyətsizdir: 

"Həmin çörəklərdən mənə gətiriblər. Çörəklərə o qədər maya vurublar ki, turşumuş iy otağımı bürüyüb. İşçilər deyir ki, rəislərə bişirilən çörəklər iri və keyfiyyətlidir. İndi düşünürəm, ofisimdə olan bu çörəkləri kimə göndərim: Rövnəq Abdullayevə, Daşqın İsgəndərova, yoxsa "Xəzəriaşə"nin gözəgörünməz şefinə?!".

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR