Baş nazirin müavini: "İstəmirik ki, referenduma kölgə salınsın" - Vətəndaşlıq krizi

img

23-02-2017 [13:35]


Türkiyə ölkəsinə sığınan Suriya vətəndaşlarını milliləşdirəcək.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Veysi Kaynak açıqlama verib. 

O, suriyalılara vətəndaşlıq veriləcəyi tarixi göstərib: 

"Suriyalılara vətəndaşlıq 16 apreldə keçiriləcək referendumdan sonra veriləcək. Biz istəmirik ki, referendumun üzərinə kölgə düşsün".

Xatırladaq ki, ötən gün İstanbul valisi Vasip Şahin İstanbulda yaşayan 2000 min suriyalıının vətəndaşlıq üçün müraciət etdiyini deyərək, onların sənədlərinin toplandığını bəyan etmişdi: "Təxminən 2 min nəfərin sənədləri hazırlanaraq, Ankaraya göndərilib".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR