Vasif Talıbov vitse-prezident olsun - Təklif

img

22-02-2017 [19:06]


"Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci vitse-prezident seçilməyini çox müsbət qiymətləndirirəm və bu məsələdə cənab prezidentin köməkçisi oldu.Biz bu məsələləri ortaya qoyanda,gündəmə gətirəndə fikirləşirik ki,bu millətimizin xeyrinə olacaq”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Politika.Az-a müsahibəsində ölkənin birinci ledisi Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin olunmasını belə xarakterizə edib.

MMP sədri düşünür ki, Mehriban xanımın birinci vitse-prezident olması Azərbaycanda böyük inkişafa yol açacaq: "Azərbaycanın gələcəyi üçün böyük işlər görülməsində prezidentə yardımçı olacaq. Bu "qocalar evi”ndən xalqın canı qurtaracaq. Ona görə də Mehriban xanımı müdafiə eləmişik.Bu,partiyamızın üzərində böyük bir məsuliyyətdir”.

H.Hacıyev qeyd edib ki, Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsindən sonra islahatlar gözlənilir: "Sadəcə olaraq birinci vitse-prezidentə böyük səlahiyyətlər verilməlidir və hökumətin bugünkü günə qədər işləməməsi, hökumət üzvlərinin özlərinə işləməsinin qarşısı alınmalıdır. Mehriban xanımın bu posta gəlməsi "qocalar evi”ndəki özü və ailəsi üçün işləyən nazirlərin,müavinlərin yuxusuna haram qatıb. Nazirlərlərin aldığı maaş 1750 manatdır. Bunlar villanı nə ilə tikdirib? Bu villaların hamısı əllərindən alınmalıdır. 
Əgər onların əlində milyardlar qalsa ölkəmizdə çox böyük qarışıqlıq yaranmasının bünövrəsini qoyacaqlar. Artıq klanların mübarizəsi bu gündən qızışıb və daxildə narazılıq yaradırlar”.

H.Hacıyev bildirib ki, iki vitse-prezident postuna yer boş qalıb: "Bunlardan birinə Naxçıvan Ali Sovetin sədri Vasif Talıbov Konsitutsiya uyğun olaraq təyin edilməlidir. Düşünürəm ki, digər posta heç bir naziri təyin etmək olmaz. Artıq bu nazirlərin əlindən millətin canı boğazına doyub. Nə mənası varki, yenidən vitse-prezident postuna nazir təyin edilsin?”

MMP sədri özünün təyin edilməsini də istisna etmir: "Əlbəttə ki,əla olar.Bundan həm Qərbi azərbaycanlılar rahat olar,həm də klanlar arasında mübarizə də dayanar. Bəziləri deyirlər ki, Qərbi azərbaycanlılar da orda çoxdur. Amma bu məsələlərin əksəriyyətinin qərbi Azərbaycanlılara dəxli yoxdu. Çünki onlar öz ailələrindən,qohumlarından başqa heç kimi sevmirlər. Mən düşünürəm ki, Mehriban xanım bu istiqamətdə öz iradəsini ortaya qoyacaq və qardaşıma da belə etibarlı adam lazımdır”.

H.Hacıyevin sözlərinə görə, Nazirlər Kabinetinin ləğvi nəzərdə tutulmur: "Amma formal qurum kimi saxlanmalı və bir-iki nəfər formal olaraq orda qalmalıdır.Orda oturanlar dövlətin büdcəsini talayanlardı”.

Ölkədə gedən bahalaşmadan danışan partiya sədrinin fikrincə, Kənd Təsərrüfatı Nazirliyi haqda faktlar üzərində çox dayanıb: "Çoxunu da böyrü üstə qoymuşuq. İstehsal olmayan yerdə bazarda nə olmalıdı?

Mən istəmirəm o adamın adını çəkəm.Bu haqda kifayət qədər demişəm.Novruz bayramında qiymətlər bir az da qalxacaq və millətin əhval-ruhiyyəsi pis olacaq Bu yarıtmaz məmurların fəaliyyətinin nəticəsidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR