Aprelin 1-dən gediş haqları aşağı salınacaq

img

22-02-2017 [19:00]


Aprelin 1-dən etibarən 38/37 №-li Bakı-Tbilisi-Bakı sürət qatarında gediş haqqı tarifləri aşağı salınacaq.

Mia.az "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, İsveçrə frankının Azərbaycan manatına qarşı bu günə olan məzənnəsinə uyğun olaraq, Bakıdan Tbilisiyə kimi gediş haqqı, yataq dəstinin istifadəsi və komisyon yığım daxil olmaqla, plaskart vaqonda – 30,16 AZN, kupe vaqonda – 44,50 AZN və SV vaqonda - 83,77 AZN təşkil edirsə, gediş haqqları aşağı salındıqdan sonra bu günə olan məzənnə ilə gediş haqqı plaskart vaqonda – 24,54 AZN, kupe vaqonda –35,32 AZN və SV vaqonda - 58.43 AZN təşkil edəcək.

Qeyd edək ki, İsveçrə frankının Azərbaycan manatına olan məzənnəsi dəyişdiyi halda gediş haqqı da uyğun olaraq dəyişdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR