Rus nazirdən rəsmi Londona sərt cavab: "Elə bir heyvan yetişməyib ki, ayıya göstəriş verə bilsin”

img

21-02-2017 [17:59]


"Britaniya zooparklarında elə bir heyvan yetişməyib ki, ayıya göstəriş verə bilsin".

Bunu II Ümumrusiya Gənclər Forumunda çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

"Onların gerbində, deyəsən, aslan var. Belə bir məsəl var ki, bütün şirlər pişikdirlər, amma bütün pişiklər şir deyil. Qoy hər kəs öz işi ilə məşğul olsun. Britaniya zooparklarında elə bir heyvan yetişməyib ki, ayıya göstəriş verə bilsin”, – Şouqu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Britaniya Müdafiə naziri Maykl Fellon Rusiyanın Liviya ilə əlaqələrinin Londonu razı salmadığını bildirib. Rusiyaya müraciət edən Fellon "Biz istəmirik ki, ayı ora öz pəncələrini uzatsın” deyib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR