İqdırda qəzada ölənlərdən 5-i azərbaycanlıdır - 2-nin adı açıqlandı

img

20-02-2017 [18:22]


Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan ikisinin adı məlum olub.
 
APA-nın əldə etdiyi məlumata görə, bunlar Fərhad Fərhadlı və Süleyman Əliyevdir. 
 
"Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır".
 
Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.
 
Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR