Formula-1 yarışları üçün jurnalistlərin qeydiyyatı başlandı

img

20-02-2017 [11:26]


Bakı Şəhər Halqası Əməliyyat Şirkəti(BŞH) bu ilin yayında, 23-25 iyun tarixlərində, Bakıda ikinci dəfə keçiriləcək Formula-1 Azərbaycan Qran Prisi üçün yerli medianın akkreditasiya prosesini açıq elan edib.

Yarışda qeydiyyat prosesi barəsində ətraflı məlumat vermək məqsədilə "Hilton” otelində media nümayəndələri ilə görüş keçirilib. Görüşdə jurnalistlərə Azərbaycanda növbəti dəfə baş tutacaq Formula-1 yarışına akkreditasiyaya dair onlayn portal və media bələdçisi təqdim olub.

Qeydiyyat prosesi ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, yerli media nümayəndələrinin yarışa qeydiyyatı BŞH vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın martın 31-i, saat 17:00-dək davam edəcək.

Qeydiyyatdan keçmək istəyən jurnalistlər http://www.bakycitycircuit.com/az/media/media-accreditation keçidi vasitəsilə BŞH rəsmi veb səhifəsində olan formanı dolduraraq onlayn qaydada müraciət etməlidirlər.

Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR