Elmar Məmmədyarov Rusiyaya gedəcək

img

18-02-2017 [16:00]


Bu gün Rusiya Federasiyasının dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlər, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya planlaşdırılan rəsmi səfərinə hazırlıq və digər məsələlər müzakirə olunub. Tərəflər bu il aprelin 4-də Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd olunması ilə bağlı görülən hazırlığı da müzakirə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR