“Qiymətlər sərbəst buraxılsa, dərmanlar bahalaşacaq”

img

16-02-2017 [12:56]


"Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi”.

Mia.az APA-ya istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib. 

Onun sözlərinə görə, ölkədə tənzimlənmədən qabaq dəyəri 2 manata olan Hindistan istehsalı dərman 15 manata, həmin tərkibdən olan Almaniya istehsalı dərman isə 4 manata satılıb: "Bəzən mətbuatda belə fikirlər səslənir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi sərbəst buraxılsa, yaxşı olar. Dərman vasitələrinin qiyməti sərbəst buraxılsa, qiymət ucuzlaşmayacaq, əksinə bahalaşacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR