Cocuq Mərcanlıda 6 evə baxış keçirildi

img

14-02-2017 [19:37]


ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə açıqlama yayıb.

Cocuq Mərcanlı kəndində 6 evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 9 000 kv.m ərazi (5 000 kv.m ərazi əl ilə və 4 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

12 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 17 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 71 066 kv.m ərazi (32 866 kv.m ərazi əl ilə və 38 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR