ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyində

img

14-02-2017 [17:41]


Fevralın 14-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa Komandanlığının təmsilçisi Uilyam Samnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə tərəflər hərbi tibb sahəsində indiyədək icra olunan layihələri, eləcə də kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, təhlükəli maddələrlə bağlı insidentlərə cavab tədbirləri və təbii fəlakətlərə hazırlıq üzrə mövcud proqramları müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR