Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsə hökm oxundu - Proses

img

14-02-2017 [17:01]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasıminin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da tam sübuta yetirildiyini deyib.
 
 O, M. Qasıminin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxış edərək, onun barəsində yüngülləşdirici hallar nəzərə alınmaqla, ona minimum cəza təyin edilməsini xahiş edib.
 
M. Qasımi son söz deyib və əməlindən peşman olduğunu bildirib.
 
Məhkəmə kollegiyası müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, M. Qasımi 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
 Qeyd edək ki, M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən ölüb.
  
Qətlə yetirilən F. Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR