“Kitab tutan əllər” layihəsi - Fotolar

img

14-02-2017 [16:42]


14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) - təqvimdə ən gənc bayramlardandır. Bayramlar ən çox uşaqları sevindirir. Uşaqlara ən gözəl hədiyyə, əlbəttə ki, kitabdır. Bu bayram uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir.

Biləcəri bələdiyyəsi İctimai - humanitar sektorunun təşəbbüsü ilə "Kitab tutan əllər” layihəsi çərçivəsində keçirilən tədbirdə 298 saylı Uşaq baxçasının körpə sakinlərini Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyənin icraçı katibi Nazir İsgəndərov və YAP Binəqədi Rayon Təşkilatı Biləcəri qəsəbəsi, A.Zeynallı 37A (Biləcəri bələdiyyəsi) ərazi ilk partiya təşkilatı uşaqları özün boya kitablar və rəngli qələmlərlə sevindiriblər. 

Tədbirdə baxçanın fidanları özlərinə məxsus maraqlı səhnəciklər, şeir və mahnılarla tədbirə xüsusi şirinlik qatıblar.





Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub