ADİF ləğvetmə prosesində olan 3 bankın əmanətçilərinə 3 mln. manat borclu qalıb

img

14-02-2017 [15:04]


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu və kompensasiya ödəmək üçün ərizələrin qəbuluna dair 1 illik müddətin bitdiyi 3 kommersiya bankı – "Bank of Azerbaijan”, "Gəncəbank” və "Texnikabank” ASC-lərin qorunan əmanətçilərinə 3,017 mln. manat borclu qalıb.

Fonddan reporta-a verilən məlumata görə, hazırda "Bank of Azerbaijan”ın əmanətçilərinin 747 min manat, "Gəncəbank”ın əmanətçilərinin 62 min manat, "Texnikabank”ın əmanətçilərinin isə 2,208 mln. manat məbləğində ADİF-dən alacağı var.

"Qanuna görə, əmanətçiyə kompensasiya 5 il müddətində ödənilir. Amma 1 illik müddət başa çatdıqdan sonra əmanətçi niyə vaxtında Fonda müraciət etmədiyinin səbəbini izah etməlidir. Məsələn, ola bilər ki, vətəndaş bu 1 il ərzində Azərbaycanda olmayıb və buna görə pulunu gəlib ala bilməyib, bunu sənədlərlə sübuta yetirməlidir. Əks təqdirdə kompensasiya verilməyəcək”, - deyə Fonddan qeyd edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR