Bu dövlət müəssisələri hərraca çıxarıldı - Siyahı

img

14-02-2017 [12:36]


Bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac baş tutub.

Mia.az xəbər verir ki, hərracda ümumilikdə 16 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilmiş 9 kiçik dövlət müəssisəsi paytaxtın Binəqədi, Nəsimi, Suraxanı rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Masallı rayonunda yerləşən quşçuluq üzrə yardımçı təsərrüfat olub. Belə ki, adıçəkilən əmlak 150 min manata özəlləşdirilib. Regionlarda baş tutmuş hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

Hərracda fiziki və hüquqi şəxslər tərəfindən özəlləşdirilmiş qeyri-yaşayış sahələri paytaxtın Binəqədi, Nərimanov, Suraxanı rayonlarında, eləcə də regionlarda Mingəçevir rayonunda yerləşir. Bu əmlakların sahəsi 20-60 kv.m. arasında dəyişir. Ən yüksək qiymətə özəlləşdirilmiş qeyri-yaşayış obyekti Mingəçevir rayonunda yerləşən əmlak olub. Hərracın qalibi bu əmlak üçün 100 min manat təklif edərək əmlakı əldə edib.
Növbəti belə bir hərrac 21 fevral tarixində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR