Azərbaycan daha bir şəhid verdi - Kiçik çavuş Fuad Qafarov dəfn edildi (FOTO)

img

12-02-2017 [19:03]


Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.
 
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn edilib.
 
APA-nın şimal bürosunun məlumatına görə, dəfn mərasimində Xaçmaz rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Yaylım atəşindən sonra şəhid F. Qafarov köhnə Xaçmaz qəbiristanlığında dəfn edilib. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib. 

Allah rəhmət eləsin!




Digər xəbərlər
SON XƏBƏRLƏR