Lapşinin anası sabah Bakıya gəlir

img

11-02-2017 [11:10]


"Məndə olan məlumata görə, Lapşinin anası bazar günü Bakı reysi ilə Azərbaycana gələcək”.

Mia.az xəbər verir ki, bu haqda məlumatı modern.az-a açıqlamasında millət vəkili Yevda Abramov deyib. O, bildirib ki, Lapşinin anası ilə görüşmək niyyətində deyil: "Onun oğlu Azərbaycana qarşı bu cür pis iş görüb. Vətənimi sevməyən, vətənimin qanunlarına hörmət etməyən, ölkəmin suverenliyini tanımaq istəməyən insanın nə anasını, nə atasını, nə də qardaşını qəbul etmək fikrim var. Hətta Lapşinin anası mənimlə görüşmək barədə təklif etsə belə, onunla görüşmərəm. Cənab Prezident necə hərəkət edibsə, mən də o cür hərəkət edəcəyəm. 12-13 ildir ki, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində işlər görülməsini təbliğ edirəm. Bu da gəlib mənim vətənimə qarşı bu cür çirkin işlər görür. Lapşinin hansı mənsəbə qulluq etməsi bəlli deyil. Rusiya, İsrail, Ukrayna vətəndaşıdır. 3-4 şəxsiyyət vəsiqəsi ilə dünyanı gəzir. Ona görə də belə adamın anasını qəbul edə bilmərəm”.

Yevda Abramov Bella Lapşinin yalvararaq imdad diləməsi məsələsinə də toxunub.

"Lapşinin anasının hərəkəti arxadan atılan daşa bənzəyir. Vaxtında oğlunu tərbiyə etməli idi. O bilməli idi ki, oğlu bloqqerdir, adi adam deyil. Hansısa bir alverçiyə bunu bağışlamaq olar, amma dünyada tanınan bloqqerə bunu bağışlamaq olmaz. Lapşinin Azərbaycana qaytarılması böyük uğurdur. 2016-cı ilin aprel döyüşlərindən sonra cənab Prezidentin apardığı böyük uğurlu siyasətdən biridir. Bu, Azərbaycanın imicini bir daha yüksəltdi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR