“Lapşinin tutulması çox şəxslərə ibrət dərsi olacaq” - Hərbi prokuror

img

10-02-2017 [11:41]


"Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası Azərbaycan diplomatiyasının, hüququnun və dövlətinin böyük uğurudur”.

Bunu "Ölkə.Az”-a eksklüziv açıqlamasında Azərbaycanın Baş prokurorunun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

X.Vəliyev deyib ki, Azərbaycan qanunlarını pozan Aleksandr Lapşinin Belarusdan ölkəmizə ekstradisiyası Prezident İlham Əliyevin apardığı uğurlu və qətiyyətli siyasət nəticəsində mümkün olub:

"Aleksandr Lapşinin tutulması çox şəxslərə ibrət dərsi olacaq. Bu təkcə Qarabağa qanunsuz səfərlər edənlərə deyil, eyni zamanda Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərləri təbliğ edənlərə də xəbərdarlıqdır. Şübhəsiz ki, Aleksandr Lapşinin ölkəmizə ekstradisiyası ermənilərin işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlərinin sayını ciddi şəkildə azaldacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR