Milli Məclisdə soyqırımı cinayətləri müzakirə olunur

img

10-02-2017 [11:22]


Bu gün Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Toplantı layihə çərçivəsində hazırlanmış "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təqdimatına həsr olunur.

Qanun layihəsini Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov təqdim edib.
Təqdimat mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, baş prokurorun müavini – hərbi prokuror Xanlar Vəliyev, millət vəkilləri, aidiyyatı dövlət qurumları, hüquq-mühafizə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR