Şriftin ölçüsü / 257 dəfə oxunub

DİN Mehmanı məhkəməyə verdi - Həbsini istəyir

09 Fevral 2017 [12:21]
Daxili İşlər Nazirliyi bloqqer Mehman Hüseynovun həbsi üçün məhkəməyə müraciət edib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. E.Sadıqov bildirib ki, nazirlik M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib: "Şikayət Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatındadır”.

Vəkil "Qafqazinfo”ya açıqlamasında bildirib ki, DİN M.Hüseynovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 –ci (təhqir) maddələri ilə ittiham olunmasını istəyib.

Məhkəmə hazırlıq iclası fevralın 10-na təyin olunub. Vəkil qeyd edib ki, şikayət ərizəsi onlara verilmədiyi üçün iclasın təxirə salınmasını istəyəcək.


SON XƏBƏRLƏR