Faiq Əmirli evə buraxılmadı

img

08-02-2017 [16:38]


Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Vəsatət təmin olunmayıb və "Azadlıq” qəzetinin yayım direktoru F.Əmirli həbsdə qalıb.

Qeyd edək ki. F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin yönələn hərəkətlər etməkdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR