Tramla Ərdoğan nələri müzakirə edib? - ABŞ-dan rəsmi açıqlama

img

08-02-2017 [11:08]


ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında baş tutan telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub. 

Bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.   

"Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyi bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib”, – deyə Ağ Evin məlumatında qeyd olunub.  

"Anadolu”nun xəbərinə görə, bəyanatda bildirilir ki,  iki ölkə arasında sıx, uzunmüddətli münasibətlər mövcuddur, habelə terrorçuluğun bütün formalarına qarşı birgə mübarizəyə sadiqlik var.  

Türkiyə prezidenti terrorla mübarizədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, iki ölkəni möhkəm dostluq və müttəfiqlik əlaqələri bağlayır.

Ərdoğan həmçinin Trampa prezidentlik dövründə uğurlar arzulayıb. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR