Şriftin ölçüsü / 192 dəfə oxunub

İran ABŞ-la dirəşmədi - ABŞ millisinə viza veriləcək

05 Fevral 2017 [12:09]
İran XİN-in sözcüsü Bəhram Qasımi Dunya Kuboku yarışlarında iştirak üçün ABŞ millisinə viza veriləcəyini açıqlayıb.

 B.Qasimi bunu ABŞ federal məhkəməsinin İran vətəndaşlarına Amerikaya giriş məhdudiyyətlərini dayandırması ilə izah edib.

Strateq.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Bu qərara, həmçinin İran və ABŞ güləş federasiyaları rəhbərlərinin istəyinə uyğun olaraq ABŞ millisinin sərbəst güləş üzrə Dünya Kuboku turnirinə qatılma izni veriləcək".

Bundan bir gün öncə xarici işlər naziri Məıhəmməd Cavad Zərif "Twvitter"də amerikalı idmançılara viza veriləcəyini bildirmişdi.

Xatırladaq ki, bu ay Kirmanşah şəhərində keçiriləcək yarışlarda Azərbaycan yığması da iştirak edəcək.


SON XƏBƏRLƏR