Hadı Rəcəbli “qalmaqallı iclas”ı təxirə saldı

img

04-02-2017 [15:59]


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 6-da keçiriləcək iclası təxirə salınıb.

Mia.az ölkə.az-a istinadən xəbər verir ki, iclasın təxirə salınmasının səbəbləri hələlik məlum deyil. Komitə iclasında "Əmək pensiyaları haqqında” qanununa dəyişiklik layihəsinin müzakirəyə çıxarılması planlaşdırılmışdı.

Fevralın 6-da keçirilməsi nəzərdə tutulan iclasa az sayda-yalnız hökuməti təmsil edən media orqanları dəvət olunmuşdu. Bu qərar digər jurnalistlərin etirazına səbəb olub.

Qeyd edək ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR