Partiya sədri gənclərə çağırış etdi

img

02-02-2017 [15:33]


Bu gün Azərbaycanda gənclər günüdür.

Bu barədə mia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev öncə Azərbaycan gənclərinə uğurlar, gələcək həyatlarında müvəfəqiyyətlər arzulayıb:

 "Azərbaycanın müstəqilliyinin əldə olunması və qorunmasında gənclərin böyük rolu olub. Gənclər hər zaman cəmiyyətin avanqard qüvvəsi kimi çıxış edib. Bu sarıdan Azərbaycan gəncliyinin fəaliyyəti və ölkə həyatına verdikləri töhfə xüsusi vurğulanmalıdır. Biz hər zaman gənclərimizin yanında olmalıyıq, onlara dəstək verməliyik. Müasir Müsavat Partiyası hər zaman gənclərə xüsusi yer ayırıb. Partiyanin fəaliyyətində də xüsusi fəallıq gənclərin üzərinə düşüb. Bu səbəbədən də partiyada rəhbər postlara təyinatlar da gənclərə üstünlük vermişik. Son illər əziz qardaşım İlham Əliyev də kadr dəyişiklikləri zamanı bu amili nəzərə alır. Komandada qocalar çox olsa da, gənc peşəkar kadrlar da var. Hesab edirəm, bu istiqamətdəki dəyişikliklər daha da genişləndirilməlidir".

Partiya sədri ölkə gəncliyinə çağırış da edib. O bilidirb ki, Azərbaycan gəncliyi həm ölkənin müstəqilliyi, həm ərazibütövlüyü, həm də dövlətçiliyin qorumnası üçün hər zaman hazır olmalıdır.

 "Bu dövlətin gələcəyi gənclərimizin əlindədir. Bu gün onlara dəstək verməliyik ki, sabah bu dövləti onlara etibar edək. İnanıram ki, Azərbaycan gəncliyi də dövlətimizin daha da qüdrətlənməsi üçün daim aktiv olacaqlar" - deyə partiya sədri əlavə edib. 
  

Digər xəbərlər
SON XƏBƏRLƏR