Şriftin ölçüsü / 375 dəfə oxunub

Rəşad Sadıqova yeni vəzifə verildi

02 Fevral 2017 [10:15]
UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vuran Rəşad Sadıqov bu mövsümün əvvəlindən "Qarabağ”ın U-19 komandasını çalışdırır.

Mia.az sportal.az-a istinadən xəbər verir ki, Sadıqov klubda məşqçilik fəaliyyətinə başladığı gündən digər yaş qruplarında olan komandalara da köməklik göstərir, onlarla yaxından maraqlanırdı. Bu barədə bir müddət əvvəl mətbuatda məlumat yer almışdı.

Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov akademiyada işin keyfiyyətini artırmaq üçün Rəşad Sadıqova yeni iş həvalə eləyib. Belə ki, bundan sonra Sadıqov U-19-da baş məşqçi olmaqla yanaşı, U-17,U-16 və U-15 komandalarına cavabdeh olacaq və klubda koordinator vəzifəsində çalışacaq. Məşqçilərin fəaliyyətinə, seleksiya işlərinə və digər məsələlərə sorumlu məhz Rəşad Sadıqov olacaq.

Qeyd edək ki, Rəşad Sadıqov bu il aprelin 24-dən etibarən UEFA-nın PRO kateqoriyalı məşqçi kurslarına qatılacaq.



SON XƏBƏRLƏR