“Karabakh.Today” Portalının 1 yaşı tamam olur

img

01-02-2017 [13:59]


Bu gün "Karabakh Today” Beynəlxalq Analitik İnformasiya Portalının 1 yaşı tamam olur. 

Mia.az-ın məlumatına görə, "Karabakh Today” Beynəlxalq Analitik İnformasiya Portalı 2016-cı ilin fevral ayında yaradılıb. 

Saytın təsisçisi və baş direktoru Zaur Qəriboğlu, baş redaktor isə Oktay Hacımusalı, redaktoru isə Qədir Nəsirovdur. 5 dildə (Azərbaycan, rus, türk, ingilis, ispan) fəaliyyət göstərən sayt qısa müddətdə yerli və xarici geniş oxucu kütləsinin rəğbətini qazanıb və Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması yönündə rupor rolunu oynayıb. Artıq bir ildir ki, ölkənin və eləcə də dünyanın bir sıra tanınmış imzaları, siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər "Karabakh Today”la əməkdaşlıq edir. 
Həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!

Digər xəbərlər
SON XƏBƏRLƏR