Fındıq istehsalı və ixracı ilə bağlı yeni təkliflər verildi

img

30-01-2017 [22:54]


Azərbaycan fındıq istehsalçıları və ixracatçıları assosiasiyası fındıq ixracatı ilə bağlı prosedurları sadələşdirməyi təklif edib.

Mia.az xəbər verir ki, Bu təkliflə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı Assosiasiyanın sədri İsmayıl Orucov çıxış edib.

İ.Orucovun sözlərinə görə, Azərbaycan fındıq ixracatına görə dünyada dördüncü yeri tutur. "Ölkədə 35 min ton fındıq yetişdirilir, onun 90 faizi xaricə göndərilir. Təkcə ötən il biz 105 milyon dollar dəyərində fındıq ixrac etmişik. Fındığın yetişdirilməsi və emalı Azərbaycanı xarici valyuta ilə təmin edən əsas sahələrdən biridir”.

İ.Orucov həmçinin yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, əsas fındıq istehsalı regionlarında laboratoriyaların açılması kimi təkliflər irəli sürüb.




Digər xəbərlər
SON XƏBƏRLƏR