Bakıda iki qardaş dərmandan zəhərləndi, biri öldü

img

30-01-2017 [15:41]


Bakıda iki qardaşın dərmandan zəhərlənməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Mia.az lent.az-a istinadən xəbər verir ki, Ağami və Dadaş İsmayılov qardaşlarının Nərimanov rayonunda yaşadıqları evdə yüksək dozalı və narkotik tərkibli anti-depressiv dərman qəbul etdiyi məlum olub.

 Təxminən 5-6 saat evdə huşsuz vəziyyətdə qalan qardaşlardan daha ağır vəziyyətdə olan Dadaş İsmayılov təcili olaraq yaxınlıqdakı 5 saylı xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ağami Dadaşov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR