Hərbi prokurorluqdan ölən əsgərlə bağlı - AÇIQLAMA

img

30-01-2017 [11:46]


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə mia.az-a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, ibtidai araşdırma zamanı mərhum Xanəli Fəttayevin meyitinin xarici və daxili müayinəsi keçirilib, məhkəmə-tibbi və digər zəruri ekspertizalar təyin edilib: "Hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir, iş üzrə qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Qeyd olunub ki, cinayət işinin istintaqının aparılması Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin xüsusi nəzarətindədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR