Daha bir əsgərimizi itirdik - Foto

img

30-01-2017 [00:14]


Ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayev dünyasını dəyişib.

Mia.az xəbər verir ki, Xanəli Fəttayevin yaxınları musavat.com-a deyiblər ki, 18 yaşlı əsgər 4 ay öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. 

Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq.

Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır.

Sosial şəbəkələrdə yaylan məlumata görə , mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin iştirakçısı olub. Bu barədə "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.

Allah rəhmət eləsin!



Digər xəbərlər
SON XƏBƏRLƏR