Oqtay Şirəliyev əmr verdi; Həkimlərin attestasiyası testlə olacaq

img

28-01-2017 [16:54]


Səhiyyə naziri Oqtay Şirəliyev "Rezidentlərin (rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının forması - red.) dövri attestasiyasının keçirilməsi barədə" əmr imzalayıb. 

Əmrə əsasən rezidentlərin (Naxçıvan Dövlət Universitetinin rezidentləri istisna olmaqla) dövri attestasiyası hər təhsil ilinin sonunda Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində kompüter vasitəsilə test üsulu ilə keçiriləcək.

Respublikanın aparıcı mütəxəssisləri cəlb edilərək müvafiq kafedralar tərəfindən dövri attestasiya sualları hazırlansın və mütəmadi olaraq yenilənsin.
Hər tədris ili üçün müxtəlif ixtisaslar üzrə dövri attestasiyanın keçirilməsi qrafiki hazırlanaraq təsdiq olunub klinik bazalara göndəriləcək.

Dövri attestasiyasının nəticələri imtahanın keçirilməsindən 4 gün iş günündən gec olmayaraq klinik bazalara təqdim olunacaq.

Hər təhsil ilinin sonunda fərdi iş planlarının yerinə yetirilməsi ilə bağlı kuratorların və şöbə müdirlərinin iştirakı ilə elmi (tibbi) şurada rezidentlərin hesabatları dinləniləcək, fərdi iş planını yerinə yetirmiş və hesabatı məqbul hesab edilən rezidentlər dövri attestasiyaya buraxılacaq.
Dövri attestasiyalara buraxılan rezidentlərin siyahısı elmi (tibbi) şuranın müvafiq iclasının keçirilməsindən 5 gün iş günündən gec olmayaraq ATU-ya təqdim olunmalıdır.

Qeyd edək ki, səhiyyə naziri bu əmri rezidentlərin dövri attestasiyasının mərkəzləşdirilmiş qaydada keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 4.3 və 4.4-cü bəndlərini və Azərbaycan prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş Səhiyyə Nazirliyi haqda Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq imzalayıb.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR