Fərhad Əliyev dövlət çevrilişə hazırlaşır – Sabiq nazirə qarşı şok ittiham

img

28-01-2017 [15:00]


«Bir vaxtlar hakimiyyətə gəlmək istəyən Fərhad Əliyev qardaşı yenidən dövlət çevrilişi etməyə hazırlaşırlar».

Bu fikirləri Mia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi səsləndirib

O bildirib ki, Fərhad Əliyev hazırda xaricdə bu istiqamətdə müəyyən fəaliyyətlərə başlayıb

«Məndə olan məlumata görə, onlar radikal müxalifətin nəzarətində olan "Turan” televiziyasının maliyyələşdirilməsini tam üzərilərinə götürüblər

Bilirsiniz ki, Fərhad Əliyev həbs ediləndə onun hüquqları müdafiə komitəsinin təşkilatçısı və sədri Cəmil Həsənli idi. Mənə ciddi məlumatlar çatıb ki, Fərhad Əliyev Cəmil Həsənli anti-İlham Əliyev koalisiyasının üzvləri olan şəxslərlə görüşüb.

Həmin görüşdə belə bir qənaətə gəliblər ki, Fərhad Əliyev Azərbaycana qayıtsın Azərbaycanda hakimiyyətinin müəyyən qanadlarına sirayət eləsin. Bu gün hakimiyyətdəki artıq tamahlılar, dövlət başçısına xəyanət edən qüvvələr Fərhad Əliyevə himayədarlıq edirlər. Onun min bir xəyanətlə ələ keçirdiyi sərvətini geri qaytarırlar, İçərişəhərdəki ofisini öznünə veriblər

İndi də Sumqayıtda böyük yağ zavodunun tikintisinə başlayıblar. Belə qərara gəliblər ki, hakimiyyətin öz daxilindən zərbə vursunlar. Bununla yanaşı, Azərbaycandakı radikal müxalifətlə, Milli Şura, Cəmil Həsənli Əli Kərimli ilə birləşib ölkədə dövlət çevrilişi etməyə çalışırlar. Onlar da xalqı səfərbər edib, dövlətin üzərinə qaldırmaq istəyirlər. Burada bir sual ortaya çıxır. Əgər Fərhad Əliyev yaxşı idisə, niyə doqquz il həbsdə saxladılar? İlham Əliyevə xəyanət edənlər, erməniləri Azərbaycana gətirənlər, dövlətə xəyanət edən Fərhad Əliyevi Azərbaycana gətirib Əli Kərimli ilə görüşdülərənlərin məqsədi nədir? Bunların hamısının üstü açılmalıdır».

Partiya sədri hakimiyyətdəki anti-İlham Əliyev koalisiyasının üzvlərinə xəbərdarlıq edib.

 «Fərhad Əliyevi ölkəyə gətirib aranı qarışdırmaq istəyənlərə sözüm odur ki, ağıllı olsunlar. Mən hazırda xaricdəyəm, ölkəyə qayıdandan sonra qardaşımla görüşəcəm. Fərhad Əliyevin dövlət çevrilişi planının detalları barədə məlumat verəcəyəm

Onu deyim ki, bu gün İlham Əliyevin əleyhinə aparılan kampaniyanın arxasında Fərhad Əliyev onun çirkli pulları dayanır. Zakir Qaralov "Real”çılara cinayət işi açır ki, səfirin müavini ilə görüşüblər. Onda sual ortaya çıxır. Hörmətli baş prokuror Fərhad Əliyevin dövlət çevrilişi etməkdən ötrü hansı işlərlə məşğul olması niyə araşdırılmır? Fərhad Əliyevi dindirin görək, hansı dövlətin sifarişi ilə bu işləri görür? Hansı pulun hesabına Sumqayıtda qiyməti milyardlarla ölçülən zavod tikdirir

Ölkədə məsul vəzifələr müxalif fikirli adamların əlinə keçib. Bu günlərdə öyrəndim ki, Rəhim Qazıyevin köməkçisi hava limanında məsul vəzifədə çalışır. Bütün bunlar onu göstərir ki, artıq bəzi qüvvələr hazırlıqlarını görüblər hər an ölkədə çaxnaşma yarada bilərlər. Onların hamısı Fərhad Əliyevin başında toplaşıb

Turan TV- , Qərb mətbuatına da İlham Əliyevin əleyhinə olan yalançı məlumatları o özü ötürür. O, bir sıra səfirlərlə görüşlər aparır ki, dövlət çevrilişi planı daha yaxşı işləsin. Amma yenə deyirəm ki, ağlınızı başınıza yığın, sakit yerinizdə oturun

Hesab edirəm ki, Fərhad Əliyev həbs edilməlidir, onun prezidentə mələk kimi təqdim edənlər onun ardınca getməlidir. Bu barədə ciddi ölçü götürülməsə, özüm mitinq keçirib hakimiyyətdəki xəyanətkar məmurları ifşa edəcəyəm», - deyə partiya sədri fikrini tamamlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub