Ağrıkəsici dərman içdi, öldü - Gəncədə dərmandan faciə baş verdi

img

26-01-2017 [14:21]


Gəncədə ağrıkəsici dərmandan ölüm baş verib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, şəhərin Totanlı küçəsində yaşayan, 1949-cu il təvəllüdlü Xanlar Kərimov səhhəti ilə bağlı ağrıkəsici dərman qəbul edib, bundan sonra onun halı pisləşib.

Yaxınları dərhal onu xəstəxanaya çatdırsalar da, X. Kərimov orada vəfat edib.

Onun astma xəstəliyindən əziyyət çəkdiyi, ağrıkəsicinin şok yaradaraq ölümə səbəb olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR