Şriftin ölçüsü / 236 dəfə oxunub

Fikrət Fərəməzoğlunun səhhəti pisləşdi

26 Yanvar 2017 [10:34]

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun səhhəti pisləşib.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalistin xanımı Faiqə İbişbəyli məlumat verib. Onun sözlərinə görə, dəfələrlə həbsxana rəhbərliyinə müraciət edilsə də, jurnalistin səhhəti ilə maraqlanan olmayıb:

"Bu gün Fikrət Fərəməzoğlu zəng etmişdi. Dişlərinin və böyrəklərinin ağrısı o həddə çatıb ki, artıq dözə bilmir. Dəfələrlə həbsxana rəhbərliyinə müayinə və müalicə olunması üçün müraciət edib. Ancaq bu müraciətlərə məhəl qoyan olmayıb”.

Jurnalistin xanımının sözlərinə görə, F.Fərəməzoğlu Qızıl xaç Komitəsinə zəng edərək onlardan yardım istəyib:

"Bu gün Qızıl Xaç Komitəsinin əməkdaşları Fikrətlə görüşüb. Bildiriblər ki, sabah həkim müayinəsi olacaq. Onlara təşəkkür edirəm”.




SON XƏBƏRLƏR