190 ailə Cocuq Mərcanlıya köçmək üçün müraciət edib

img

25-01-2017 [10:30]


"Lələtəpə aprel döyüşlərində işğaldan azad olduqdan sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşamaq imkanı var. Həmin kənddə təhlükə sovuşub”

AzVision.azxəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Komitə sədri deyib ki, işğaldan əvvəl Cocuq Mərcanlı kəndində 400 ailə yaşayıb və artıq 190 ailə kəndə köçmək üçün ərizə ilə müraciət edib.

"Müraciətlər davam edir. Mən bunu məruz edəndən sonra cənab prezident sərəncam imzaladı və 4 milyon vəsait ayrıldı. Vəsait orada 50 evin və 1 məktəbin tikilməsinə yönəlib. Artıq "Azərişıq”, "Azərsu” və "Azəriqaz”a müraciət etmişik ki, texniki şərt versinlər. İstəyirik orada evlər tez tikilsin.

Cənab prezidentin sərəncamı olan kimi bununla bağlı göstəriş verdim və artıq layihə hazırlanır. Təcili olaraq 190 ailənin 50-ni ora köçürəciyik və təbii ki, proses sonra da davam edəcək”.

Baş nazirin müavini qeyd edib ki, aprel döyüşləri bizim üçün böyük imkan yaradıb və insanlar öz doğma yurduna qayıdacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR