5 şirkətin BFB-dəki üzvlüyünə xitam verilib

img

25-01-2017 [10:03]


"Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə ötən ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış "Brokdil-Az”, "Çelsi Kapital”, "BoB Broker”, "Standard Kapital” MMC-lərin və "Dəmir investisiya şirkəti” QSC-nin quruma üzvlüyünə xitam verilib.

BFB-dən verilən məlumata görə, buna səbəb həmin şirkətlərin "Qiymətli kağızlar bazarı haqqında” yeni qanuna və BFB-nin üzvlük qaydalarına uyğun olmamasıdır.

"Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra, onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək”, - deyə Birjanın açıqlamasında qeyd olunur.

Xatırladaq ki, "Brokdil-Az”, "BoB Broker”, "Standard Kapital” şirkətləri və "Dəmir investisiya şirkəti” BFB-nin səhmdarları olaraq qalırlar.

Hazırda BFB-nin "Kapital Menecment İnvestisiya Şirkəti” ASC, "İnvest-Az İnvestisiya Şirkəti” QSC, "Azfinance İnvestisiya Şirkəti” QSC, "Unicapital İnvestisiya Şirkəti” ASC, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC və "PSG-Kapital İnvestisiya Şirkəti” QSC daxil olmaqla 6 üzvü var.


Digər xəbərlər
SON XƏBƏRLƏR