DİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini Ehsan Zahidova tapşırıldı

img

25-01-2017 [10:01]


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətindən məlumat verilib. "Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - deyə, DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR