"Azərbaycanlı hərbçinin nəşi qaytarıla bilər" - Politoloqdan Məmmədyarovun Moskva səfərinə reaksiya

img

25-01-2017 [00:28]


"Elmar Məmmədyarovun Moskvaya səfərinin yekunu kimi azərbaycanlı hərbçinin nəşinin qaytarılması da ola bilər".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Moskva Azərbaycanla Ermənistan arasında əsas vasitəçi - söz sahibi olduğunu bir daha hamıya göstərmək üçün hərbçimizin nəşinin Azərbaycana qaytarılmasını təmin edə bilər:

"Bu, onun imkanı daxilindədir. Doğrudur, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova bir müddət öncə bu suala konkret cavab verməkdən yayınmışdı. Ancaq bu dəfə onun şefi təşəbbüsü ələ alaraq azərbaycanlı hərbçinin nəşinin geri qaytarılmasını sürətləndirə bilər. Bəlkə də Lavrovun erməni və azərbaycanlı həmkarlarıyla görüşünün məğzini də elə bu mövzu təşkil edirdi". 

Politoloq deyir ki, hadisələrin bu istiqamətdə inkişafı İrəvanın da maraqlarına xidmət edir:

"İrəvan Rusiyaya bağlığını göstərmək üçün avropalıların deyil, məhz rusiyalı rəsmilərin "xahişi” (oxu: tələbi) ilə azərbaycanlı hərbçinin nəşini qaytara bilər. Yəni faktiki həm İrəvan, həm də Moskva girov saxlanılan hərbçimizin nəşindən öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Ancaq məsələnin uzanması da istisna deyil".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR