İraqın baş naziri: "Mənə Trampla bağlı təminat verilib"

img

25-01-2017 [00:01]


ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası Bağdada İraqa yardımın genişləndirilməsi barədə təklif göndərib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi məlumat verib.

O, söhbətin hansı yardımdan getdiyini dəqiqləşdirməyib.

"Mənə Tramp tərəfindən İraqa yardımın davam etdiriləcəyinə və onun genişləndiriləcəyinə dair təminat verilib", — deyə baş nazir Bağdadda keçirdiyi mətbuat konfransında bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR