Təcili Tibbi Yardım Stansiyasında 2 aydır dərman verilmir – BÖHRAN

img

24-01-2017 [19:59]


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 2 aydır ki, dərman verilmir. 

Bu barədə "AzPolitika.info”ya sözügedən qurumda çalışan, adının çəkilməsini istəməyən işçilərdən biri məlumat verib.

Məlumatda həmçinin bildirilir ki, həkimlər məcbur olub dərmanları öz ciblərinin pulu ilə alırlar. Bundan əlavə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında sıradan çıxan avadanlıqları da həkimlər öz hesablarına təmir etdirirlər.

"Stansiyanın qarajına ehtiyat hissələri verilmədiyindən, ambulansları da sürücülər öz hesablarına təmir etdirməli olurlar. Belə şəraitdə necə işləmək olar. Nazir hara baxir?” deyə, mənbə sual edir.

Qeyd edək ki, ölkədə yaranmış maliyyə böhranı ilə bağlı səhiyyəyə ayrılan vəsaitin də "qayçılandığı” məlumdur. Ancaq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dərmansız buraxılması başadüşülən deyil. Ağır vəziyyətdə təcili yardıma müraciət edən insanlara həkimlərin lazımı tibbi yardımı göstərə bilməməsi ölümlə nəticələnə bilər.

Məsələylə bağlı Səhiyə Nazirliyinin də mövqeyini işıqlandırmağa çalışacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR