Lavrovu "yıxıb-sürüyən" telejurnalist: "Arxasında dayanıram" - VİDEO

img

24-01-2017 [17:16]


ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu haqqında yazılan xəbərlərə münasibət bildirib

Mia.az xəbər verir ki, V.Aydınoğlu Ölkə.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsinə dair mövqeyini kəskin tənqid edən süjetdən sonra təzyiqə məruz qalması barədə xəbərlər həqiqəti əks etdirmir:

"Mənə qarşı heç bir təzyiq yoxdur. Nə etmişik ki, təzyiq də olsun? "Həftə sonu” müəllif proqramıdır və orada hansı fikirləri səsləndirmişəmsə, arxasında dayanıram. Bu, bizim əvvəlcə vətəndaş, sonra isə peşə borcumuzdur. Azərbaycanın milli maraqlarına uzanan dilə qarşı fikirlərimizi bildirmişik və dediyim kimi, bu, bizim əvvəlcə vətəndaş, sonra isə peşə borcumuzdur”.

Xatırladaq ki, mətbuatda gedən xəbərlərdə V.Aydınoğlunun sözügedən süjetdən sonra təzyiqə məruz qaldığı qeyd edilirdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR