Rahim Hacıyev siyası sığınacaq alıb? - Açıqlama

img

24-01-2017 [17:01]


Müxalif "Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Avropa ölkələrindən birindən sığınacaq istədiyi haqqında məlumatları təkzib edib.

Hacıyevin Turan-a verdiyi məlumata görə, o, jurnalist tədbirində iştirak etmək üçün Fransaya gedib.

 "Siyasi sığınacaq almaq üçün müraciət məsələsi qətiyyən həqiqətə uyğun deyil”, deyə redaktor bildirib.

Qeyd edək ki, Hacıyevin sığınacaq istədiyi haqqında məlumat bu gün Azərbaycanın bir neçə hökumətyönlü saytında yayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR