Adına torpaq, ev olan köçkünlərə müavinət verilməyəcək - İcra hakimiyyətlərinə tapşırıq

img

24-01-2017 [14:52]


Məcburi köçkünlərə verilən müavinətlər dayandırılır.

Bu haqda artıq məcburi köçkün rayonlarının icra hakimiyyətlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təlimat göndərilib. Təlimatda bildirilib ki, adına torpaq, ev olan və həmçinin, dövlət qulluğunda çalışan məcburi köçkünlər dövlətdən müavinət ala bilməyəcək. Təlimata adına ev, torpaq olan məcburi köçkünlərin siyahısı da əlavə edilib(qafqazinfo).

Qeyd edək ki, məcburi köçkünlərin müavinətlərinə çörək pulu və kommunal xidmətlər daxildir. Ölkə başçısının ötən gün verdiyi fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR