24-01-2017 [14:28]
Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Ağ Evin yeni rəhbəri Donald Trampın yürüdəcəyi siyasət və Qarabağ probleminə baxışı haqda maraqlı müsahibə verib.
Mia.az onun Modern.az-a verdiyi açıqlamaların marağını nəzərə alıb, oxucularına təqdim edir:
-Tramp prezident kimi and içdi və buradakı çıxışlar daha çox Amerikanın daxili təhlükəsizlik, iqtisadi-sosial problemlər, digər məsələlərə yönəldildi. ABŞ-da yaşayan bir şəxs kimi nə gözləyirsiniz? Amerika diqqəti daxilə yönəltdikdən sonra dünyanın iqtisadi-siyasi tablosu dəyişəcəkmi?
-Trampın inauqurasiya çıxışı indiyə qədər olan çıxışların arasında ən qısasıdır. Cəmi 16 dəqiqə. Bu, həm də konkret ideyaların konkret reallaşdırmasını göstərən bir çıxışdır. Bu çıxışda bir dənə olsun belə, ümumi prinsiplərdən danışan cümləyə rast gəlmək mümkün deyil. Bu gün ABŞ dünyanın yeganə "superderjava”sıdır. Avropa Birliyi və ya Çinin növbəti supergüc ola bilməsini ən azı 15 il gözləmək lazım gələcək. Bu da Əgər Amerikada tənəzzül baş verərsə.
Dünyanın istər siyasi, istər iqtisadi ,istərsə də hərbi iqlimini dəyişə biləcək yeganə ölkə Amerikadır və onun daxilində baş verəcəklər güzgü effekti ilə bütün ölkələrdə öz əksini tapır. İstər pozitiv, istərsə də neqativ mənada. Ona görə də Trampın çıxışı sözün əsl mənasında təlatüm yaradıb və dünyanın aparıcı ölkələri – Çin, Yaponiya, Almaniya, Fransa və digərləri – səbirsizliklə Trampın hansı addımları atacağını gözləyirlər. Bu ölkələrin heç biri Trampın ölkə daxilində aparacağı reformalara hazır deyillər.
Trampın daxili siyasəti indiyə qədər formalaşmış qlobal iqtisadiyyatın qanunlarını darmadağın edəcək. Belə bir işi isə tezliklə görmək mümkün deyil. Heç 4 illik prezidentlik dövründə də başa çatdırmaq mümkün deyil. Tramp ölkədə işsizliyi azı 3 dəfə aşağı salmaq istəyir. Ona görə də Amerikada mallarını satan kompaniyaların hamısına "əgər satmaq istəyirsənsə, Amerikada istehsal et, əks halda, 35 faiz idxal vergisi qoyacağam” deyə anons edilir. Bu, çox mürəkkəb məsələdir. Bəs xaricdə mal istehsal edib Amerikada satan ABŞ kompaniyaları necə olacaq?
Çində, Vyetnamda və ya başqa ölkələrdə trikotaj məhsullar istehsal edib – söhbət "Polo” kimi hegemon Amerika kompaniyalarından gedir – dünyanın bütün ölkələrində, o cümlədən Amerikada satan nəhənglər nə etməlidirlər? Yəni Trampın siyasətinə cavab olaraq Çin və başqa ölkələr Amerika şirkətlərini ölkələrindən çıxarsalar, dünyanın iqtisadi rəngi necə dəyişəcək? Trampın siyasətində yüzlərlə həlli vacib olan məsələlər var. Ona görə də Tramp işsizliyi azaltmağa maksimum 50-60 faiz nail olacaq. Ancaq bu, onsuz da işsizliyin aşağı səviyyədə olduğu Amerika üçün çox böyük rəqəmdir. Bu, ildə ABŞ iqtisadiyyatının azı 4 faizə qədər yüksəlməsidir. Bu rəqəm ildə 18 trilyonluq məhsul istehsal edən ABŞ üçün çox böyükdür.
Məsələn, bu, Rusiya üçün 40 milyard dollarlıq məhsul deməkdirsə, ABŞ üçün 700 milyard dollardır. İstənilən variantda ABŞ dövlət quruluşu, siyasi kursu ilə daha çox Avropa Birliyinə yaxındır. Avropada isə həmişə bir nömrəli partnyoru Böyük Britaniya olub. Bu ənənə davam edir. Trampın görüşəcəyi birinci dövlət başçısı Böyük Britaniyanın baş naziri Tereza Meydir. Onların görüşündən çox şey asılıdır.
-Bəs Tereza Mey yeni siyasi təcrübəsi olan Trampa hansı ideyalar verə bilər?
-Mey Trampa Avropa ilə əlaqələrin real müstəvisini göstərməyə çalışacaq. Trampa "birinci səfərin Almaniyaya olsa, yaxşı olar” ideyasını verəcək. Mey konservatordur. Almaniyada və Fransada sosialist, millətçi meyllilərin hakimiyyətə gəlməsini istəmir. Almaniyada seçkilər olacaq. Hakimiyyətə solçuların gəlməsi heç arzu edilən deyil. Nəzərə alsaq ki, Fransanın sağçıları da solçuları ilə çox da fərqli olmayan mövqedədirlər. Və millətçi Le Penin şansı var. Güclü Almaniyada Merkelin qalması Avropada sosialist Fransanı neytrallaşdıra bilər.
–Trampın çıxışından belə qənaətə gəlmək olarmı ki, ABŞ dünyadakı proseslərə o qədər də müdaxilə etməyəcək?
-ABŞ-da bu tipli izoliyasiya siyasəti 19-cu əsrin axırı və 20-ci əsrin əvvəllərində də olub. Demək olar ki, 1940-cı ilə qədər davam edib.Ancaq 2-ci Dünya Müharibəsindən sonra dünyanın heç bir regionunda istənilən problem ABŞ-ın iştirakı olmadan həll edilməyib. ABŞ bütün regionlarda mövcuddur. ABŞ-ın hegemon olmasını əksəriyyət ölkələr istəyir. ABŞ-ın hegemonluğu bir çox baş verə biləcək müharibələrin qarşısını alır, başqa sözlə, ABŞ dünya münaqişələrində qismən daha ədalətli arbitr hesab edilir. Və bu həqiqətdir.
Siz Rusiya və ya Çinin arbitr olduğu bir dünyanı təsəvvürünüzə gətirin. ABŞ-ın izolyasiya siyasətinin 2-ci Dünya Müharibəsinin başlanmasında rolunun olduğunu danmaq mümkün deyil. Ona görə də istənilən variantda Tramp yenidən izolyasiya siyasətinə qayıda bilməz. Yığdığı komanda üzvlərinin şəxsiyətləri də belə bir işin baş verməyəcəyinə dəlalət edir. Məsələn fikirləşin ki, Asiyada Çin və onun ətrafının işlərinə ABŞ qarışmır. Bu regionda Yaponiya ilə Çin, Çinlə Cənubu Koreya arasında müharibə alovunun alışmamasını sığorta etmək etmək mümkün deyil. ABŞ güc mərkəzləri olan ölkələrdən izolyasiya olmayacaq, ancaq kiçik ölkələrə diqqətini azaldacaq.
-Tramp "radikal İslam” ifadəsini işlətdi. İndi nə düşünək? Dünya müsəlmanlarına qarşı yeni "Səlib yürüşü”nün başlanacağınımı?
-Amerika liderlərinin radikal İslamla normal İslamı ayırmaq cəhdləri çoxdan başlayıb.2001-ci ilin sentyabrından. Və bu gün də davam edir. "Radikal İslam” sözünü Buş və Obama da dəfələrlə işlədib. Bu sözü işlətmək 8-12-ci əsrlərdə baş vermiş "Xaç yürüşü” demək deyil. O yürüşlər də heç bir nəticə vermədi, əksinə, axırda İslamın qələbəsi ilə qurtardı. Radikal İslama qətiyyətli müharibə elan edən Trampın azı 15 İslam ölkəsində dövlət tərəfindən dəstəkçiləri var. Radikal İslam üzərində qələbə çalınsa, müsəlman ölkələrinin inkişafına da yol açılar.
-Ağ Evin bundan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa addım atmayacağını ehtimal etmək olarmı?
– ABŞ indiyə qədər atdığı addımlardan fərqli heç bir addım atmayacaq. Ola bilər hansısa ABŞ rəsmisi dünyada milli bazada yaranmış münaqişələr mövzusunda məruzə edərkən Dağlıq Qarabağ problemindən də danışsın. Trampın Azərbaycandan tanışlarının olmasına xüsusi əhəmiyyət verənlərə yazığım gəlir. Bu tanışlıqların nə əhəmiyyəti ola bilər?!
Bizim az intellekti olan insanların cılız analizlərini oxumaq, dinləmək mümkün deyil. Qarabağ probleminin həlli Rusiyanın əlindədir. Rusların Allahının ən yaxın dostlarından biri azərbaycanlıdır (İlham Rəhimovu nəzərdə tutur – Modern.az). Məgər Putin gələndən sonra bu problemin həllində irəliləyiş oldumu? Xeyr. Nəzərə alsaq ki, Putinin dostu sözün əsl mənasında millətini sevən adamdır. Deməli, ayrı-ayrı şəxslərin və bütövlüklə dövlətin ABŞ kimi ölkənin strateji planına təsir etmək imkanı yoxdur. Başqa cür olsaydı, məsələn Türkiyə ABŞ-a Dəmirəlin vaxtında təsir göstərərdi. İndi yox.
-Çin faktorundan danışdınız. Mən istərdim ki, bir az konkret fikirlərlə izah edəsiniz. Çin dünya nəhənginə çevrilə biləcək, yoxsa ABŞ buna imkan verməyəcək?
-Çin artıq nəhəngdir, ancaq ABŞ kimi "superderjava” olma şansı yoxdur. Birincisi, Çin qabağa çıxmaq istəsə, Avropa, Yaponiya, Koreya həmişə ABŞ-ın yanında olacaq. Bu birliyə çatmaq isə heç vaxt mümkün deyil. Əgər Çin Ural dağlarından Kamçatkaya qədər Rusiyanın torpaqlarını ələ keçirib, əhalisinin sayını azı 3 milyarda çatdırsa, bəlkə nəyəsə ümid edə bilər. Ancaq Çin böyük dövlətdir, dünyanın ikinci iqtisadiyatına malikdir və onunla hesablaşmaq lazım gələcək.
Tramp istəsə də, istəməsə də Çinlə əlaqələrini qurmalıdır. Cinin hərbi sektorda da ABŞ-a çatmasına 10 illər lazımdır. Bu gün Çin ABŞ-ın 610 milyard dollarlıq hərbi xərclərinin qarşısında 190 milyard dollar xərcləyə bilir.Adambaşına məhsul istehsalına görə Amerikadan 20 dəfə az məhsul istehsal edir. Bunlar çox vacib göstəricilərdir.
-Rusiya ilə bağlı siyasətdə hansı redaktələr ola bilər?
-Rusiyaya gəldikdə, Tramp heç vaxt onunla eyni hüquqlu dövlət kimi davranmayacaq. Öz istədiklərini xoşluqla Rusiyaya qəbul etdirməyə, alınmasa, zorla bu işi görməyə çalışacaq. Bu da alınmasa, Obama kimi yarımçıq yox, əsl düşmən kimi özünü aparacaq. Ona görə də Rusiya ilə münasibətlərin tezliklə dəyişəcəyi fikirləri reallıqdan uzaqdır. Trampın komandasında olanların da Rusiya ilə münasibətləri xoş deyil. Rusiya gücü olmayan, döyülməsinə baxmayaraq, səsini kəsməyən tərbiyəsiz uşaqlara oxşayır. Trampın tərbiyə vermək cəhdinin nəticə verəcəyinə inanmıram.
-Tramp bu templə getsə, onun impiçment olunmaq ehtimalı varmı? Artıq Qərb mətbuatında oxumuşam ki, Tramp Konstitusiyanı pozur.
-Trampın tempinin impiçmentlə heç bir əlaqəsi yoxdur. İmpiçment hansısa konstitusion normaları pozduqda baş verə bilər. Yəni Trampın Konstitusiyanı pozan hansı bir addımı ortaya çıxsa və sübuta yetirilsə, impiçment prosesinə başlaya bilərlər. Hər halda bu yaxın vaxtlarda gözlənilmir.
-Trampı Rusiya hakimiyyətə gətiribmiş kimi iddialar Qərb mətbuatının gündəmini zəbt edib. Yəni, söhbət əsasən seçkilərə kibermüdaxilədən gedir. Sualım isə belə olacaq? Rusiya kəşfiyyatı ABŞ-da dərin kök sala bilibmi?
-Trampın hakimiyyətə gəlməsində Rusiyanın rolu olduğunu iddia edənlər, ağ yalanlar danışır. Heç bir ölkə faktoru ABŞ xalqının fikirində həlledici rol oynaya bilməz. Nəzərə alsaq ki, seçicilərin 80 faizinin ümumiyyətlə Rusiyadan və onun hərəkətlərindən xəbəri yoxdur, belə gülünc ideyaları irəli sürmək ağılsızlıqdır. Kiberhücumlar olub və buna şəxsən Putin rəhbərlik edib. Bu da həqiqətdir. Bu pirat hərəkətinə görə Rusiya cəzalandırılmalıdır. Ancaq "Rusiyanın köməkliyi ilə Tramp prezident seçilib” deyə iddia etmək nadanlıqdır. Rusiyada Trampı şantaj edəcək şəkillərin, materialların olmasına gəlincə, əgər bu həqiqətdirsə və o materiallar ABŞ orqanlarının əlinə keçsə, Trampı impiçmentdən heç bir şey xilas edə bilməz.
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilir - Rəsmi açıqlama yayıldı
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"
Baydenin "əmimi adamyeyənər yeyib" iddiası Baş naziri qəzəbləndirdi: "Xalqımız bunu haqq etmir..."
Türkiyə kuboku: "Beşiktaş" bu heyıtlə meydana çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" çempionluq yarışında ağır "yara aldı"
"Qarabağı tərk etmiş ermənilərin geri qayıtması real deyil" - "Daha o torpağa görə müharibə niyyətində deyilik"
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev və Putin veteranlarla görüşüblər - VİDEO
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Komitə sədri Baş redaktoru təbrik edib
Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var
ƏLİYEVLƏ PUTİN BİR ARADA: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" - Açıqlamalar (FOTOLAR) - YENİLƏNİB
Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
Xankəndidən yenə silah-sursat tapılıb
Putin Paşinyanla görüşəcək - Peskovdan açıqlamalar
MEDİA: "Dezinformasiya xarakterli məlumatlar yaymayın!"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əməkdar artist reanimasiyaya yerləşdirilib - Açıqlama
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO
Qərbi Kaspi Universitetinin məsul şəxsinə niyə cinayət işi açılıb?
“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - VİDEO, FOTO
Ağdərədə odlu silahlar aşkarlanıb